Bakı. Trend:
HƏMAS-ın hücumu nəticəsində 31-i ABŞ vətəndaşı olmaqla, 1300-dən çox insan ölüb.
Trend xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.