...

Almaniyada qalmağa icazəsi olmayanlar ölkədən deportasiya edilməlidir - Nazir

Dünya xəbərləri Materials 23 Oktyabr 2023 16:58 (UTC +04:00)
Almaniyada qalmağa icazəsi olmayanlar ölkədən deportasiya edilməlidir - Nazir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada qalmağa icazəsi olmayan sığınacaq axtaran şəxslər qısa zamanda ölkədən deportasiya olunmalıdır.

Trend xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Nensi Fizer deyib.

Onun sözlərinə görə, daha çox sığınacaq axtaran şəxsin daha sürətli deportasiya olunması üçün hərtərəfli qanun paketi hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

Qanunsuz miqrantların deportasiya hallarının bu il ötən illə müqayisədə 27 faiz artdığını vurğulayan daxili işlər naziri qanunların daha davamlı və sürətli şəkildə tətbiq olunması üçün müəyyən tənzimləmələrə ehtiyac olduğunu bildirib.

Fizerin təqdim etdiyi qanun layihəsi hökumət orqanlarının və polisin deportasiya səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.

Rusiya-Ukrayna münaqişəsindən sonra 1 milyona yaxın ukraynalının Almaniyaya miqrasiya etdiyi barədə məlumata diqqət çəkən N.Fizer, həmçinin, HƏMAS tərəfdarlarını deportasiya etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəklərini bildirib.

HƏMAS tərəfdarlarına qarşı qətiyyətli addımlar atılacağını vurğulayan nazir antisemitizm, anti-İsrail ritorikası və zorakılığa qarşı sıfır tolerantlıq nümayiş olunacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti