...

Serbiyada parlament buraxıldı - Növbədənkənar seçkilər keçiriləcək

Dünya xəbərləri Materials 1 Noyabr 2023 13:52 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya prezidenti Aleksandr Vuçiç parlamenti buraxıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, A.Vuçiç növbədənkənar parlament seçkilərinin bu il dekabrın 17-də keçiriləcəyini rəsmi olaraq təsdiqləyib.

"3 aprel 2022-ci il tarixində seçilmiş parlamenti buraxıram. Deputat seçkilərini 17 dekabr 2023-cü ilə təyin edirəm", - deyə Serbiya prezidenti xalqa müraciətində deyib.

Qeyd edək ki, oktyabrın 30-da Serbiya hökuməti ölkə prezidentinə Milli Skupşinanın (Serbiyada parlament) buraxılması və parlament seçkilərinin rəsmi şəkildə təyin olunması barədə təkliflə müraciət edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti