...

Aİ Qəzzada atəşkəs olmasını istəmir - Hakan Fidan

Dünya xəbərləri Materials 1 Noyabr 2023 16:20 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Qəzzada atəşkəs elan edilməsini istəmir

Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyin Əmir Abdullahianla birgə mətbuat konfransında deyib.

"Aİ tutduğu mövqe ilə əlaqədar olaraq təəssüf ki, "atəşkəs" sözünü eşitmək istəmir.<...> Bundan sonra davamlı sülh üçün nələr etmək olar, buna fokuslanmaq lazımdır", - o deyib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti