...

Ermənistan vətəndaşına Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə dələduzluğa görə cinayət işi açılıb

Dünya xəbərləri Materials 4 Noyabr 2023 16:34 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda prokurorluq Zəngəzur Mis-Molibden Kombinatının səhmləri ilə dələduzluq edən şəxsə qarşı cinayət işi açıb.

Trend bu barədə şənbə günü erməni KİV-inə istinadən xəbər verir.

Dələduzluqda ittiham olunan şəxsin ikili vətəndaşlığa malik olması qeyd olunub, belə ki, Ermənistanla yanaşı, həm də İsveçrə vətəndaşıdır.

Məlumata görə, sözügedən şəxs cinayət yolu ilə əldə olunan əmlakın qanuniləşdirilməsində və çirkli pulların yuyulmasında ittiham olunur. İstintaq məlumatlarına görə, o 2018-ci ildə Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 12,5% faizinə sahib olub, lakin əslində səhmlər Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olub.

İşin materiallarında qanunsuz sövdələşmələrin həyata keçirildiyi və 35 milyon dollardan yuxarı məbləğdə çirkli pulların əldə edildiyi qeyd olunub. İttiham olunan şəxs axtarışdadır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti