...

Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təqdim edəcək

Dünya xəbərləri Materials 13 Noyabr 2023 22:05 (UTC +04:00)
Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təqdim edəcək

Bakı. Trend:

Avropa Komissiyası Rusiya əleyhinə sanksiyaların 12-ci paketini noyabrın 15-i təsdiq üçün Avropa İttifaqı Şurasına təqdim etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell mətbuat konfransı zamanı deyib.

"Biz 12-ci sanksiyalar paketi üzərində işi başa çatdırırıq. Buraya qara siyahının genişləndirilməsi, Rusiya almazları da daxil olmaqla ixrac məhdudiyyətləri, Rusiyanın öz neftini bizə deyil, digər ölkələrə satışından əldə etdiyi gəlirləri azaltmaq üçün neftin qiymət həddinin sərtləşdirilməsi tədbirləri daxildir", - deyə C.Borell bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti