...

Hakan Fidan misirli həmkarı ilə Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə edib

Dünya xəbərləri Materials 14 Noyabr 2023 01:18 (UTC +04:00)
Hakan Fidan misirli həmkarı ilə Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Samih Şükri ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr bildirib.

Məlumata əsasən, danışıq zamanı İslam Əməkdaşlıq Təşkilatının şənbə günü Ər-Riyadda keçirilən sammitində qəbul edilmiş qərarların həyata keçirilməsi üçün mümkün addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər Qəzza zolağına humanitar yardımın çatdırılmasını da müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti