...

İlin əvvəlindən Gemlik limanı 2 mindən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 20 Noyabr 2023 13:55 (UTC +04:00)
İlin əvvəlindən Gemlik limanı 2 mindən çox gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Gemlik limanı 2 min 793 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 842, digər ölkələrin bayraqları altında üzən 1 951 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 581 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 764, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 817 olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 186 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 34 min 822, Türkiyə bayrağı altında olan gəmilər isə 16 min 364 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti