...

İsrail HƏMAS arasında 5 günlük atəşkəs olacaq

Dünya xəbərləri Materials 21 Noyabr 2023 19:34 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsraillə HƏMAS arasında atəşkəs 5 gün davam edəcək.

Trend xəbər verir ki, bu barədə "Jerusalem Post" İsrail rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, ümumilikdə 53 israilli girov, o cümlədən 40 uşaq və 13 qadın azad ediləcək.

Həmçinin, hər gün oktyabrın 7-dən bəri HƏMAS tərəfindən əsir saxlanılan 10 girov 30 fələstinli məhbusun əvəzində azad ediləcək.

İsrail öz növbəsində Qəzza zolağında blokadada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti