Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan Türkmənistan və Cənubi Koreyalı həmkarları ilə telefon danışığı aparıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN paylaşım edib.
Fidan və Türkmənistanın xarici işlər naziri Meredov ikitərəfli münasibətləri, regional məsələləri və enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.
Eyni zamanda, Cənubi Koreyanın xarici işlər naziri Park ilə görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələri və enerji sahəsində əməkdaşlıq imkanları qiymətləndirilib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin X sosial media hesabında edilən paylaşımda Fidanın Ankarada Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Bassonu qəbul etdiyi bildirilib.