...

Rusiyanın sabiq baş naziri xarici agentlər reyestrinə daxil edilib

Dünya xəbərləri Materials 24 Noyabr 2023 23:40 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Ədliyyə Nazirliyi Rusiya Federasiyasının sabiq baş naziri Mixail Kasyanovu xarici agentlər reyestrinə daxil edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin saytında bildirilib.

Bildirilib ki, M.Kasyanov qeyri-məhdud sayda insana xarici agentlərin mesajlarının və materiallarının yaradılmasında və yayılmasında iştirak edib, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb. Məlumata əsasən, o, xarici strukturların təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib.

Siyasətçi Rusiya Federasiyasından kənarda yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti