...

Dünyada COVİD-19-a yoluxanların sayı məlum olub

Dünya xəbərləri Materials 25 Noyabr 2023 16:10 (UTC +04:00)
Dünyada COVİD-19-a yoluxanların sayı məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada son bir ayda COVİD-19-a yoluxanların sayı 13 faiz azalıb.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

ÜST-ün məlumatına görə, oktyabrın 23-dən noyabrın 19-dək 519 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,4 mindən çox insan ölüb.

Ümumilikdə dünyada yoluxma hallarının sayı ötən dörd həftə ilə müqayisədə 13 faiz, ölüm hallarının sayı isə - 72 faiz azalıb. Eyni zamanda, Qərbi-Sakit Okean regionunda yoluxma hallarının sayının 14 faiz artması qeydə alınıb, Afrikada və Şərqi Aralıq Dənizində ölüm hallarının sayı müvafiq olaraq 167 faiz və 12 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti