Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyadan olan həmkarı Devid Kameronla görüşüb.
Trend xəbər verir ki, erməni nazir bu barədə özünün "X" sosial media hesabında məlumat verib.
Görüşün Şimali Makedoniyanın Skopye şəhərində ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində keçirildiyi qeyd olunub.
"Devid Kameronla ikitərəfli münasibətlərimiz barəsində fikir mübadiləsi apardıq, yeni başladığımız strateji dialoqu müzakirə etdik. Regional mövzulara, Cənubi Qafqazdakı hadisələrə toxunduq", - o yazıb.
Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının 30-cu iclası 30 noyabr - 1 dekabr tarixlərində Şimali Makedoniyanın Skopye şəhərində baş tutacaq.