Bakı. Trend:
Qırğızıstan hökuməti respublikanın dövlət bayrağının görünüşünün dəyişdirilməsi ilə bağlı qanun layihəsinə müsbət rəy verib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, orada təsvir edilən günəşin günəbaxanla oxşarlığına görə günəş şüalarının formasını dalğavaridən düzə dəyişdirmək təklif edilir.
Qanun layihəsində deyilir: “Qırğızıstan Respublikasının bayrağındakı şüaların formasının dalğalıdan açıq şəkildə günəş şüalarına bənzəyən formaya dəyişdirilməsi təklif edilir”.
Qırğızıstanın hazırkı bayrağı 1992-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra təsdiq edilib.
Qeyd edək ki, bayrağın dizaynının dəyişdirilməsi ilə bağlı qanun layihəsi noyabrın 28-də Qırğızıstan parlamenti tərəfindən birinci oxunuşda qəbul edilib.