...

Çin Yer planetini uzaq məsafədən zondlayan peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 16 Dekabr 2023 06:58 (UTC +04:00)
Çin Yer planetini uzaq məsafədən zondlayan peykini orbitə çıxarıb

Bakı. Trend:

Çin "Yaohan-41" uzaqdan optik zondlama peykini "Çançjen-5" raketi ilə orbitə uğurla çıxarıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Peykin orbitə buraxılması Vençan kosmodromundan həyata keçirilib.

Korporasiyanın məlumatına əsasən, sözügedən qurğu vasitəsilə əldə edilmiş şəkillərdən müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının qiymətləndirilməsi, meteoroloji proqnozlaşdırma, təbii fəlakət risklərinin monitorinqi, həmçinin milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədləri üçün istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti