...

Qırğızıstan bayrağına dəyişiklik edilib

Dünya xəbərləri Materials 20 Dekabr 2023 10:34 (UTC +04:00)
Qırğızıstan bayrağına dəyişiklik edilib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan parlamenti dövlət bayrağının dəyişdirilməsi barədə qanun layihəsini 3-cü oxunuşda qəbul edib.

Trend bu barədə Qırğızıstan mediasına istinadən xəbər verir.

Dövlət bayrağına düzəlişlə bağlı qanun layihəsinin lehinə 59 deputat, əleyhinə isə 5 deputat səs verib.

Qeyd edək ki, müvafiq qanun layihəsinin təşəbbüskarları olaraq parlamentin deputatları Nurlanbek Şakiyev və Ulan Primov olub. Qanun layihəsinin Qırğızıstan Respublikasının əsas dövlət simvollarından biri olan bayrağın təkmilləşdirilməsinə yönəldiyi bildirilib. Belə ki, ölkənin bayrağındakı dalğavari şüalar günəş şüalarını xatırladan düz şüalarla əvəz olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti