...

Polşada dövlət kanalı, radiosu və agentliyi ləğv edilib

Dünya xəbərləri Materials 27 Dekabr 2023 22:40 (UTC +04:00)

Bakı. Trend:

Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib.

Trend-in məlumatına görə, bu barədə "RMF24" radiostansiyası bildirib.

"Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən "Telewizja Polska S.A.", "Polskie Radio S.A.", "Polskiej Agencji Prasowej S.A." şirkətlərini ləğv etmək qərarına gəldim", - deyə nazir bildirib.

O qeyd edib ki, "indiki vəziyyətdə bu, həmin şirkətlərin davamlı fəaliyyətini təmin etməyə, lazımi restrukturizasiyanı həyata keçirməyə və maliyyə çatışmazlığı səbəbindən əməkdaşların işdən çıxarılmasının qarşısını almağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti