...

Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı 128 milyon dolları ötüb

Dünya xəbərləri Materials 17 Yanvar 2024 10:36 (UTC +04:00)
Türkiyənin Qazaxıstana elektrik avadanlıqları ixracı 128 milyon dolları ötüb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qazaxıstana elektrik avadanlıqları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artıraraq 128,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 28,1 faiz azaldaraq 9,9 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara çatıb.

Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti