...

Simonyanın qardaşı arvadı saxlanılıb

Dünya xəbərləri Materials 1 Fevral 2024 12:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorqyan saxlanılıb.

Trend xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Məlumata görə, Gevorqyan Ermənistanın İqtisadiyyat Nazirliyində korrupsiya işi çərçivəsində saxlanılıb. Sui-istifadə və fırıldaqçılıqda ittiham olunan Gevroqyanın həbsi üçün məhkəməyə vəsatət verilib.

Xatırladaq ki, ötən gün Ermənistanın işdən çıxarılan iqtisadiyyat nazirinin müavini Ani İspiryan və nazirliyin daha 6 əməkdaşı saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham olunurlar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti