...

Haitidə baş verən iğtişaşlar və etirazlarda 10 nəfər həlak olub

Dünya xəbərləri Materials 8 Fevral 2024 07:40 (UTC +04:00)

Bakı. Trend:

Haiti Milli Polis qüvvələri və silahlı müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda ümumilikdə 10-a qədər insan həlak olub.

Trend-in məlumatına görə, toqquşmalar ölkənin baş naziri Ariel Henrinin istefası tələbi ilə davam edən etirazlar zamanı baş verib.

Yerli "Gazette Haiti" xəbər portalı bildirib ki, müxalifət lideri Qay Filipin ən azı beş tərəfdarı öldürülüb və onun həyatına uğursuz sui-qəsd cəhdi edilib. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"EFE" agentliyinin məlumatına əsasən, etirazçıların polis bölməsinə hücumu nəticəsində bir nəfər ölüb. Ölkənin paytaxtı Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti