...

Avropada inflyasiyanın səviyyəsi açıqlanıb

Dünya xəbərləri Materials 2 Mart 2024 03:15 (UTC +04:00)
Avropada inflyasiyanın səviyyəsi açıqlanıb

Bakı. Trend:

Avropada inflyasiya fevral ayında yenidən azalaraq 2,6 faizə düşüb.

Trend Avropa İttifaqının statistika agentliyinin məlumatına istinadla xəbər verir ki, avrodan istifadə edən 20 ölkə üzrə fevral ayının göstəricisində yanvar ayı ilə müqayisədə 2,8 faizlik azalma qeydə alınıb. Lakin Avropa Mərkəzi Bankının qarşısına hədəf kimi qoyduğu inflyasiyanın 2 faizə qaytarılması vaxt tələb edir.

Məlumata görə, ərzaq məhsullarında inflyasiya 5,6 faizdən 4 faizə qədər azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti