...

Yanvar-fevral aylarında Türkiyənin İrana polad məhsulları ixracı 4 milyon dolları ötüb

Dünya xəbərləri Materials 5 Mart 2024 15:43 (UTC +04:00)
Yanvar-fevral aylarında Türkiyənin İrana polad məhsulları ixracı 4 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin İrana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz azalaraq, 4,2 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə İrana 8,1 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 17,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq, 2,5 milyon dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 31,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 15,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti