...

İsveç və Almaniya müdafiə sahəsində əməkdaşlığı gənişləndirəcəklər

Dünya xəbərləri Materials 5 Mart 2024 21:50 (UTC +04:00)
İsveç və Almaniya müdafiə sahəsində əməkdaşlığı gənişləndirəcəklər

Bakı. Trend:

İsveç və Almaniyanın müdafiə nazirləri Pol Conson və Boris Pistorius Stokholmda ikitərəfli müdafiə əməkdaşlığına dair yenilənmiş niyyət bəyannaməsini (LOI) imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə İsveç hökumətinin mətbuat xidməti xəbər verib.

Danışıqlar zamanı nazirlər mövcud təhlükəsizlik siyasəti vəziyyətini, NATO ilə bağlı məsələləri, Ukraynaya gələcək dəstək və İsveçin hərbi xidmətə çağırış sistemini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti