Bakı. Trend:
ABŞ prezidenti Co Baydenin administrasiyası və Demokratlar partiyasının miqrasiya siyasəti ilə bağlı qərarları qarşıdakı prezident seçkilərində qüvvələr balansını dəyişməyi nəzərdə tutur.
Trend xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask sahibi olduğu "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ-də əhalinin səsvermə üçün siyahıya alınması zamanı vətəndaşlığından asılı olmayaraq, dairənin bütün sakinləri hesaba alınır. Belə ki, Senatda demokratlar Konqresdəki yerlərin və seçici kollegiyasının səslərinin bölüşdürülməsində qanunsuz miqrantları nəzərə almayan düzəlişin ləğvi üçün yekdilliklə səs veriblər.
Mask qanunsuz miqrantların, əsasən, demokratların ştatlarında yaşadığını qeyd edərək, bunun qüvvələr balansını dəyişmək üçün kifayət edəcəyini bildirib.
"Bu, Bayden administrasiyasının rekord sayda qanunsuz miqrantları saxladığının və bu qədər az deportasiya həyata keçirdiyinin əsas səbəblərindən biridir", - deyə Mask əlavə edib.
