...

Moskvada ev yanıb: bir ailənin üç üzvü ölüb

Dünya xəbərləri Materials 11 Mart 2024 13:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada ikimərtəbəli taxta evdə baş verən yanğın nəticəsində bir ailənin üç üzvü həlak olub.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat paylaşılıb.

Məlumata görə, 100 kvadrat metr sahəni əhatə edən yanğının söndürülməsinə 30 mütəxəssis və altı ədəd texnika cəlb olunub. Yanğın operativ şəkildə söndürülüb.

Cəsədlərin yanğın söndürüldükdən sonra evin dağıntılarının altında aşkarlandığı qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti