...

Yəmən yaxınlığında hücuma məruz qalan gəminin tanker olduğu məlum olub

Dünya xəbərləri Materials 16 Mart 2024 13:25 (UTC +04:00)
Yəmən yaxınlığında hücuma məruz qalan gəminin tanker olduğu məlum olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin Əl-Hudeyda limanı yaxınlığında hücuma məruz qalan gəminin maye neft qazı daşıyan tanker olduğu məlum olub.

Trend xəbər verir ki, bu barədə "Reuters" Böyük Britaniyanın dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan "Ambrey" şirkətinə istinadən xəbər yayıb.

Marşal adalarının bayrağı altında üzən tankerin yanında iki partlayışın baş verdiyi qeyd olunub.

Xatırladaq ki, martın 15-də Yəmənin Hudeyda limanından 50 dəniz mili cənub-qərbdə gəmiyə hücum olunub. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (United Kingdom Maritime Trade Operations, UKMTO) xəbər verib.

"UKMTO Yəmənin Hudeyda şəhərindən 50 dəniz mili cənub-qərbində hadisənin baş verməsi barədə məlumat alıb", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti