...

ABŞ-da miqrantlara qarşı qadağalar sərtləşdirilir

Dünya xəbərləri Materials 17 Mart 2024 06:37 (UTC +04:00)
ABŞ-da miqrantlara qarşı qadağalar sərtləşdirilir

Bakı. Trend:

ABŞ-ın Florida ştatının qubernatoru Ron de Santis miqrantlarla bağlı yeni qanun layihəsinin təsdiqlənəcəyini bildirib.

Trend-in məlumatına görə, qanun layihəsində qanunsuz miqrantların törətdiyi cinayətlərə görə cəzalar ağırlaşdırılacaq.

Yeni qanunla sənədsiz avtomobil idarə edən qanunsuz miqrantın cəzası 60 gündən 1 ilə qaldırılır. Ştatın qanunvericiliyi miqrantların sürücülük vəsiqəsi almasını qadağan edir.

Oğurluğa görə azadlıqdan məhrumetmənin müddəti 5 ildən 15 ilə artırılır. Qəsdən bədənə xəsarət yetirmə cinayətinə görə isə əvvəlki kimi 15 il deyil, 30 il həbs nəzərdə tutulur.

Qubernator bildirib ki, rəhbərlik etdiyi ştatda heç bir qanunsuz miqranta dözümlülük nümayiş etdirilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti