...

Gürcüstanın baş naziri İrəvana gedib

Dünya xəbərləri Materials 25 Mart 2024 12:33 (UTC +04:00)
Gürcüstanın baş naziri İrəvana gedib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. İ.Kobaxidzenin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşü nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, dünyada və regionda baş verən proseslər, Cənubi Qafqazda davamlı sülhün əldə olunması və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Gürcüstanın hökumət başçısının başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Xəbər lenti

Xəbər lenti