...

Ermənistanda hakim partiyadan olan deputat mandatından imtina edə bilər - KİV

Dünya xəbərləri Materials 27 Mart 2024 14:52 (UTC +04:00)
Ermənistanda hakim partiyadan olan deputat mandatından imtina edə bilər - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputat Qurgen Arsenyan hazırkı hökumətin yeritdiyi iqtisadi siyasətlə razı olmadığından, yaxın günlərdə mandatından imtina edə bilər.

Trend xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin yazdığına görə, fikir ayrılıqları təxminən 1 il əvvəl yaranıb. Belə ki, Arsenyan əmlak vergisinin artırılması və digər islahatlara qarşı çıxıb. Onun fikrincə, hökumət bununla Ermənistan vətəndaşlarının təməl hüquqlarını pozur.

Qeyd olunub ki, Arsenyanın Ermənistanın Rusiyadakı səfiri təyin olunması bu prosesi ləngidib. Belə ki, ötən ilin payızında Ermənistan hökuməti Rusiya Xarici İşlər Nazirliyinə Arsenyanın səfir təyin olunması barədə aqreman göndərib, lakin Rusiya tərəfi bu təklifi rədd edib.

"Artıq dünən isə Kremlə yaxın bloqerlər Rusiyanın bir sıra dövlət məmurlarının, o cümlədən, Arsenyanın ölkəyə girişini qadağan etdiyinə dair məlumat yayıb", - deyə nəşr yazıb.

Xatırladaq ki, Qurgen Arsenyan Ermənistan parlamentində bir sıra anti-Rusiya bəyanatları ilə çıxış edib. Deputat Rusiya rəhbərliyinin Ermənistana təhlükəsizliyini möhkəmləndirməkdə mane olduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti