...

Polşada güclü qasırğa olub: ölənlər var

Dünya xəbərləri Materials 2 Aprel 2024 20:13 (UTC +04:00)
Polşada güclü qasırğa olub: ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşada qasırğa nəticəsində beş yerli sakin həlak olub.

Trend xəbər verir ki, bu barədə Malopolska voyevodalığının yanğınsöndürmə briqadasının nümayəndəsi kapitan Hubert Çepla məlumat verib.

Qeyd olunub ki, qasırğa ölkənin cənub bölgəsində baş verib.

"İkisi uşaq olmaqla ümumilikdə beş nəfər ölüb. Onların hamısı qasırğa küləyinə görə yıxılan ağacların altında ölüb”, - deyə Şepla vurğulayıb.

Ölkədə xilasetmə funksiyalarını yerinə yetirən bütün yanğınsöndürən dəstələri 140 dəfə hadisə yerinə gediblər. Qasırğa zamanı küləyin sürəti saatda 130 kilometrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti