...

Hindistanda 5,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 5 Aprel 2024 01:11 (UTC +04:00)
Hindistanda 5,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Hindistanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Padam şəhərindən 35 kilometr cənubda olub. Təkanların ocağı 20 kilometrdən çox dərinlikdə yerləşib

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti