Bakı. Trend:
Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busaidi iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşündə bölgədə gərginliyin azaldılmasına çağırıb.
Trend-in məlumatına görə, bu barədə Omanın informasiya agentliyi xəbər verib.
"Biz regionda gərginliyin azaldılmasına, eləcə də müxtəlif problemlərin və münaqişələrin həllinə yönəlmiş səyləri dəstəkləyirik. Biz ağılın səsinin qalib gəlməsinin tərəfdarıyıq. Fələstin məsələsi həll etməyə çalışdığımız əsas məsələdir", - deyə o bildirib.