...

ABŞ Dövlət katibinin müavini Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 13 Aprel 2024 10:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə səfər edəcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyə rəsmiləri ilə keçiriləcək görüşlər zamanı Dövlət katibi Antoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidanın iştirakı ilə martın 7-8-də Vaşinqtonda keçirilmiş ABŞ-Türkiyə Strateji Mexanizm üzrə görüşün nəticələri, vacib ikitərəfli və qlobal məsələlər, o cümlədən Qəzza və Ukraynadakı münaqişə, eləcə də bu yay Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq məsələləri müzakirə ediləcək.

Məlumata görə, görüşlərdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti