...

Yanvar-mart aylarında Türkiyənin İsrailə kimyəvi maddə ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 23 Aprel 2024 10:40 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin İsrailə kimyəvi maddə ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar-mart aylarında İsrailə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 18,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyənin İsrailə kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,3 faiz azalaraq, 9 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıraraq 8 milyard dollara çatdırıb.

2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti