Bakı. Trend:
ABŞ Konqresinin büdcə idarəsi ölkənin dövlət borcunun 2054-cü ilədək ümumdaxili məhsulun (ÜDM) 166 faizinə çatacağını proqnozlaşdırır ki, bu da ölkə üçün rekord göstəricidir.
Trend xəbər verir ki, bu barədə ABŞ Konqresinin büdcə idarəsinin dərc etdiyi məlumatlarda deyilir.
Məlumatlara əsasən ABŞ-nin dövlət borcu 2024-cü ildəki göstəricidən,yəni ÜDM-in 99 faizindən 2054-cü ildə ÜDM-in 166 faizinə çatacaq.
Qeyd olunub ki, ABŞ-nin dövlət borcu qeydə alınmış rekord göstəricilərini ötəcək və artmağa davam edəcək.
Həmçinin o da qeyd olunub ki, ABŞ-də özəl investisiyalar azalarsa və ya dövlət gəlirləri və xərcləri 30 il ərzində orta göstəricilərdə saxlanılarsa, ölkənin dövlət borcu 2054-cü ildə ÜDM-in 250 faizini də ötə bilər.
Yanvar ayının əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları ötüb. Ötən il ölkənin dövlət borcu 4 trilyon dollardan çox artıb.