...

Yeni Kaledoniyada yerli sakinlərlə fransız əsgərləri ilə qarşıdurmalar davam edir

Dünya xəbərləri Materials 22 May 2024 10:53 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Kaledoniyada müstəqillik tələb edən yerli sakinlərlə fransız əsgərləri ilə qarşıdurmalar davam edir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə etirazçıların qarşıdurmalarda yandırılan avtomobillərdən qurduğu barrikadaların Fransa polisinin BTR maşını ilə dağıdıldığı görünür.

Məlumata görə, Fransa prezidenti Emmanuel Makronun mayın 23-də adaya səfəri planlaşdırılır.

Qeyd edək ki, Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi adada iğtişaşlara səbəb olub. İğtişaşlarda indiyədək 6 nəfər həlak olub.

Fransa hökuməti adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti