...

Almaniyada xilasetmə zamanı yanğınsöndürən ölüb

Dünya xəbərləri Materials 3 İyun 2024 04:06 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Bavariya regionunda xilasetmə işləri zamanı bir yanğınsöndürən həyatını itirib.

Trend-in məlumatına görə, yanğınsöndürən xilasedici qismində getdiyi fəlakət zonasında qayığın aşması nəticəsində həlak olub. Aşan qayıqdakı digər xilasedici kənara çıxmağa nail olub.

Qeyd edək ki, Bavariya regionunda aramsız leysan bir çox ərazinin su altında qalmasına səbəb olub. Üç mindən çox sakin təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti