...

ABŞ Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək - Bayden

Dünya xəbərləri Materials 14 İyun 2024 00:16 (UTC +04:00)
ABŞ Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək - Bayden

Bakı. Trend:

ABŞ hava hücumundan müdafiə sistemlərini əvvəlcə Ukraynaya, sonra isə digər tərəfdaşlarına çatdırmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

"Bizdən hava hücumundan müdafiə sistemlərini tədarük etməyimizi gözləyən ölkələrə bildirdik ki, onlar gözləməli olacaqlar. Əlimizdə olan hər şey Ukraynaya göndəriləcək və yalnız bundan sonra digər müştərilər qarşısında öhdəliklərimizi yerinə yetirəcəyik", - deyə C.Bayden İtaliyada mətbuat konfransı zamanı qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, hazırda ABŞ-ın beş tərəfdaşı “Patriot” hava hücumundan müdafiə sistemləri və digər hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyə söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti