Bakı. Trend:
ABŞ-nin Arkanzas ştatının Fordays şəhərində atışma nəticəsində ölənlərin sayı dördə çatıb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi polisə istinadən xəbər verib.
"Atışma zamanı həlak olanların hamısı mülki şəxslərdir", - deyə polisdən bildirilib.
Məlumata əsasən, cümə günü ərzaq mağazasında baş verən atışmada 14 nəfər yaralanıb.
Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib. Polis araşdırma aparır.