...

Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq - Ərdoğan

Dünya xəbərləri Materials 26 İyun 2024 11:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müasir çağırışlar Türkiyəni eyni zamanda bir çox cəbhədə cinayətkarlığa qarşı durmağa məcbur edir. Təkcə son bir ildə hüquq-mühafizə orqanları və ordu tərəfindən bölgədə 43 min 765 əməliyyat keçirilib, ümumilikdə 1045 PKK terrorçusu məhv edilib.

Trend xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, cinayətkarlıqla mübarizədə Türkiyə hərbi-sənaye kompleksinin son nümunələrindən istifadə edilir ki, bu da qanlı təşkilatların fəaliyyət çərçivəsini daraldır, terrorçuların sıralarına yeni silahlıların axınını dayandırır.

“Yayda terrorizmlə mübarizədə əhəmiyyətli nəticələr əldə etməyə yönəlmiş yeni, daha genişmiqyaslı əməliyyatlar həyata keçiriləcək”, - deyə siyasətçi əmin edib.

Türkiyə Prezidenti Fətullah Gülən Terror Təşkilatının (FETÖ) yaratdığı təhlükəyə də diqqət çəkərək, təkcə son bir ildə 5827 əməliyyat keçirildiyini, bu əməliyyatlar çərçivəsində FETÖ ilə əlaqəsi olan 9350 şübhəlinin saxlanıldığını qeyd edib.

“Kəşfiyyat xidmətləri və hüquq-mühafizə orqanlarının birgə səyləri ilə il ərzində Türkiyədə 603 mütəşəkkil cinayətkar qrupun fəaliyyəti aşkar edilərək qarşısı alınıb”, - deyə Türkiyənin lideri bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin iqtisadiyyatına, turizminə, ticarətinə və xalq diplomatiyasına zərər vurmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.

Xəbər lenti

Xəbər lenti