Bakı. Trend:
Somalinin paytaxtı Moqadişoda futbol üzrə Avropa çempionatının finalını nümayiş etdirən kafenin yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə SONNA agentliyi polisə istinadən məlumat yayıb.
"İlkin məlumatlarda 5 nəfərin öldüyü və 20-yə yaxın yaralının olduğu təsdiqlənib", - polis sözçüsü bildirib.
Polis rəsmisi qeyd edib ki, partlayışa “xarici terrorçular” tərəfindən kafenin yanında park edilmiş avtomobilə yerləşdirilmiş bomba səbəb olub.