...

Yəmən sahillərində Qırmızı dənizdə iki gəmiyə hücum edilib

Dünya xəbərləri Materials 16 İyul 2024 04:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin Hudeyda şəhəri yaxınlığında hərəkət edən iki gəmi Qırmızı dənizdə hücuma məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib.

Məlumata əsasən, ekipajsız olan suüstü vasitə Hudeydadan 180 km şimal-qərbdə gəmilərdən birinə hücum edib. O, gəminin sol bortuna çırpıldı və ona müəyyən ziyan vurdu. Lakin ekipaj xəsarət almayıb və gəmi limana doğru yoluna davam edib.

Həmçinin, UKMTO-nun məlumatına əsasən, ikinci gəmi əvvəllər iki qayıq tərəfindən atəşə tutulub və başqa bir ekipajsız suüstü vasitəsi ilə iki dəfə toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti