...

Əfqanıstanda ağır qəza - 17 ölü

Dünya xəbərləri Materials 16 İyul 2024 20:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanda paytaxt Kabili ölkənin şimalı ilə birləşdirən avtomobil yolunda ağır qəza baş verib.

Trend xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, sərnişin avtobusunun dərəyə yuvarlanması nəticədə 17 nəfər ölüb, 34 nəfər yaralanıb.

Bəğlan vilayətinin informasiya və mədəniyyət direktoru Mustafa Haşiminin sözlərinə görə, ölənlər arasında üç azyaşlı var.

Qəzanın digər təfərrüatı açıqlanmır.

Xəbər lenti

Xəbər lenti