...

Çində daşqın səbəbindən 30-dan çox sakin itkin düşüb

Dünya xəbərləri Materials 20 İyul 2024 17:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Siçuan əyalətində şiddətli yağışların yaratdığı sel və daşqın 40-dan çox evi dağıdıb, 30-dan yuxarı sakin itkin düşüb.

Trend xəbər verir ki, təbii fəlakət gecə saatlarında Hanyuan rayonunun Sinhua kəndində baş verib.

Rayonun fövqəladə hallarla mübarizə qərargahından verilən məlumata görə, sel və daşqın avtomobil yollarını və kommunikasiya xətlərində də böyük ziyan vurub.

Hazırda itkin düşənlərin axtarışları əlverişsiz hava şəraitində davam edir.

Xəbər lenti

Xəbər lenti