Bakı. Trend:
Böyük Britaniyanın müxtəlif şəhərlərində radikal sağçıların keçirdikləri aksiyalara görə Malayziya və Nigeriya öz vətəndaşlarına bu ölkəyə səyahətlə bağlı xəbərdarlıq edib.
Trend xəbər verir ki, Malayziyanın Xarici İşlər Nazirliyi Britaniyada yaşayan və ya Birləşmiş Krallığa səfər edəcək malayziyalılara etiraz bölgələrindən uzaq durmağı, sayıq qalmağı tövsiyə edən xəbərdarlıq yayıb. Oxşar xəbərdarlıq Nigeriya Daxili İşlər Nazirliyi tərəfindən də verilib.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barəsində xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.