...

Braziliyada polis argentinalı azarkeşlərə atəş açdı

Dünya xəbərləri Materials 21 Avqust 2024 16:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Libertadores Kubokunun oyununda polis azarkeşlərə atəş açıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Braziliyanın "Atletiko Mineyro" və Argentinanın "San Lorenso" klubları arasında keçirilən matçın ikinci hissəsində tribunalarda qarışıqlıq düşüb.

Məlumata görə, komandaların azarkeşləri bir-birini təhqir edib, davaya başlayıblar.

Braziliya polisi argentinalı azarkeşləri sakitləşdirmək və iğtişaşın qarşısını almaq üçün dəyənək, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Qeyd edək ki, bu, Braziliyada baş verən ilk belə hadisə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti