Bakı. Trend:
Pakistanın Pəncab əyalətinin Attok rayonunda məktəb avtobusuna silahlı hücum nəticəsində ən azı 2 uşaq ölüb, 5 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, insident hücum edənlərin məktəb avtobusunun sürücüsünə qarşı şəxsi düşmənçiliyi səbəbindən baş verib.
Polis və şəhər rəhbərliyi hadisə yerindən qaçan cinayətkarların axtarışını həyata keçirir.