...

Mərakeşin cənub-şərqində güclü yağışlar bir neçə əyalətdə daşqınlara səbəb olub

Dünya xəbərləri Materials 8 Sentyabr 2024 05:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeşin cənub-şərqində bir neçə əyalətdə ardıcıl ikinci gündür güclü yağışlar daşqınlara səbəb olub. Yağıntıların miqdarı Uarzazat, Tinqhir, Zaqora və digər əyalətlərdə 150 mm-ə qədər çatıb.

Trend-in Medias24-ə istinadən verdiyi xəbərə görə, Uarzazat şəhərində güclü yağışlar nəticəsində bir neçə ev uçub. Bir neçə yol müvəqqəti olaraq bağlanıb və hərəkət bir neçə saatlıq iflic olub. Hazırda həlak olan və ya yaralananlar barədə məlumat yoxdur. Zərərçəkənlər təhlükəsiz sığınacaqlara yerləşdirilib və onlara lazımi yardım göstərilir. Leysan səbəbindən Uarzazat şəhərini Raşidiya və Mərakeşlə birləşdirən yollar bağlanıb.

Mərakeşin cənub-şərqində davam edən güclü yağış və küləklər nəticəsində infrastrukturun, xüsusilə də bu ərazilərdə geniş yayılmış kerpiç evlərin ciddi zərər görəcəyindən narahatlıq ifadə edilir. Ekspertlər, təbii fəlakətin bölgənin infrastrukturuna ciddi ziyan vurma potensialını vurğulayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti