Bakı. Trend:
Şri-Lanka dövlət borcunun restrukturizasiyası prosesini tamamlayıb və iflasdan çıxıb.
Trend xəbər verir ki, bu barədə Şri-Lankanın keçmiş xarici işlər naziri Əli Sabri sosial şəbəkədəki səhifəsində Maliyyə Nazirliyinin ölkənin iqtisadi inkişafı, milli siyasət, planlaşdırma və turizm sahəsində müvafiq əmrini paylaşaraq bildirib.
O, qeyd edib ki, ada dövlətinin hakimiyyət orqanları Şri-Lankanın bərpasına yönəlmiş mühüm iqtisadi islahatlar həyata keçirib:
“Bu gün Şri-Lanka rəsmi olaraq borcun restrukturizasiya prosesini başa çatdırıb və ölkənin iflasdan çıxdığını elan edib. Bu, 2022-ci ilin aprelində yaşadığımız vəziyyəti nəzərə alsaq, inanılmaz bir nailiyyətdir. Restrukturizasiya prosesinin tamamlanması borcun məqbul səviyyəsinə çatması üçün yeni perspektivlər açır. Hesablamalara görə, bu, ölkəyə təxminən 17 milyard dollar qənaət edəcək və maliyyə vəziyyətini xeyli yüngülləşdirəcək.”
Son bir neçə ildə, 1948-ci ildən müstəqil olan Şri-Lanka, ən pis maliyyə və iqtisadi böhranını yaşayıb. Bu böhranın səbəbi pandemiya ilə bağlı xarici turizmin azalmasıdır ki, bu da ölkənin valyuta ehtiyatlarının çatışmazlığına yol açıb.
2022-ci ilin mart ayına qədər ümumi borc yükü 21,6 trilyon Şri Lanka rupisinə (58 milyard dollardan çox) çatıb.