...

Amsterdamda 320 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 04:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amsterdamda İsrail və Fələstinə dəstək nümayişləri zamanı 320-yə yaxın şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə polis məlumatlarına istinadən NOS telekanalı xəbər verib.

İctimai asayişi pozan, təhqir edən və pirotexniki vasitələrdən istifadə edən 20-yə yaxın insan saxlanılıb və nəzarət altına alınıb.

Digər 300 nümayişçi isə ictimai toplantılar haqqında qanunu pozduqları, o cümlədən üzlərini tam örtmək səbəbindən saxlanıblar. Eyni zamanda, etirazçılar avtobusla Amsterdamın şimalına aparılıb və orada dərhal sərbəst buraxılıblar. Bazar ertəsi axşam saatlarında şəhərin meri Femke Halsemanın göstərişi ilə Dam meydanında Fələstin tərəfdarı olan mitinqlər iğtişaşlar səbəbindən dayandırılıb.

Amsterdamda Yaxın Şərqdəki vəziyyətin pisləşməsinin ildönümünü qeyd etmək məqsədilə İsrail və Fələstin tərəfdarları nümayişlər keçirib.

Xəbər lenti

Xəbər lenti